Azərbaycan-Sankt-Peterburq Hökumətlərarası Komissiyasının 4-cü iclası olub

Azərbaycan-Sankt-Peterburq Hökumətlərarası Komissiyasının 4-cü iclası olub

02 Aprel 2024

Bakıda Azərbaycan və Rusiyanın Sankt-Peterburq şəhəri arasında iqtisadi-humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilib.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

“İclas çərçivəsində imzalanmış "2024-2028-ci illərdə Azərbaycan Hökuməti və Sankt-Peterburq Hökuməti (Rusiya Federasiyası) arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlığa dair Tədbirlər Planı" tərəfdaşlığın gücləndirilməsini və layihələrin dəstəklənməsini təmin edəcək”, - deyə nazir qeyd edib.

Mənsurə Hümbətova