![Azərbaycan bankları “Bank of New York Mellon”la əməkdaşlığı genişləndirə bilər](http://admin.naxcivanxeberleri.com/storage/uploads/images/blog/azerbaycan-banklari-bank-of-new-york-mellonla-emekdasligi-genislendire-biler-1707742722.jpg)
Azərbaycan bankları “Bank of New York Mellon”la əməkdaşlığı genişləndirə bilər
"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin üzvlərinin rəhbər şəxsləri ilə “Bank of New York Mellon”-nun Bakıda səfərdə olan nümayəndə heyəti arasında görüş keçirilib.
NAXCİVANXEBERLERİ.COM bu barədə ABA-ya istinadən xəbər verir.
Məlumata görə, görüşdə Azərbaycan bankları ilə “Bank of New York Mellon” arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə edilib.
ABA-nı 1990-cı ildə kommersiya bankları təsis edib. Əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdir. Hazırda, 23 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.