Aşqabadda MDB ölkələrinin baş nazirlərinin iclası keçirilir

Aşqabadda MDB ölkələrinin baş nazirlərinin iclası keçirilir

24 May 2024

Türkmənistanın paytaxtı Aşqabadda MDB ölkələrinin Hökumət Başçıları Şurasının növbəti iclası keçirilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə TASS-a istinadən xəbər verir.

Bu iclasda MDB ölkələrinin baş nazirləri ticari-iqtisadi əməkdaşlığı, o cümlədən enerji, sənaye və digər sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə edəcəklər.

MDB Baş katibinin müavini səlahiyyətlərini icra edən Nurlan Seytimov bildirib ki, hazırda 12 məsələ müzakirəyə çıxarılır və birgə sənədlər də imzalanacaq.