Yalçın Rəfiyev Fathudin Ali Mohamedi qəbul edib

Yalçın Rəfiyev Fathudin Ali Mohamedi qəbul edib

25 Yanvar 2025

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Somalinin Azərbaycan üzrə qeyri-rezident səfiri Fathudin Ali Mohamedi qəbul edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə “Report”un Ankara bürosuna diplomat özü məlumat verib.

O, bildirib ki, yanvarın 24-də baş tutan görüş Somali ilə Azərbaycan arasında ikitərəfli diplomatik əlaqələrin möhkəmlənməsi məqsədilə keçirilib.