"Tanıyaq və tanıtdıraq lahiyəsi" çərçivəsində şəhid ailələri ziyarət olunub - FOTO
Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin və Muxtar Respublika Qazısı yanında Şuranın əməkdaşları, Naxçıvan şəhərindəki məscidlərin imamları Babək rayonundan olan bir neçə şəhid ailələrini ziyarət ediblər.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, din xadimləri şəhidlərimizin ruhuna dualar oxuyub, Qurani-Kərimdən ayələr səsləndirib.