Kreml təyyarə qəzasının hesabatını şərh etməkdən imtina edib

Kreml təyyarə qəzasının hesabatını şərh etməkdən imtina edib

05 Fevral 2025

Kreml AZAL təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı araşdırılmaların ilkin nəticələrini şərh etməkdən imtina edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin araşdırmanın ilk nəticələrini şərh etmək xahişinə cavab olaraq araşdırmanın başa çatmasını gözləməyə çağırıb.

"Bu ilkin hesabatdır. Əlbəttə, müvafiq qurumlarımız onu böyük, lazımi diqqətlə öyrənəcəklər. Prezident Administrasiyasından şərh verməyi mümkün hesab etmirik", - Peskov qeyd edib.