Azərbaycan Türkiyə ilə standartlaşdırma sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan Türkiyə ilə standartlaşdırma sahəsində əməkdaşlığı müzakirə edib

05 Fevral 2025

Azərbaycan və Türkiyə arasında standartlaşdırma sahəsində qarşılıqlı əməkdaşlıq, o cümlədən müvafiq sahədə beynəlxalq təcrübənin ölkəmizdə öyrənilməsi və tətbiqi müzakirə edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutuna (AZSTAND) istinadən xəbər verir.

Məlumata görə, qurumun nümayəndələri Türkiyənin Sivas Cümhuriyyət Universitetinin texnoparkında fəaliyyət göstərən Milli Zəmin Təhlükəsizliyi İnstitutunun (Ulusal Zemin Güvenliği Enstitüsü - UZGE) rəhbəri Gültəkin Coşkunla görüş keçirib. Görüşdə G.Coşkun mühəndislik və təhlükəsizlik standartlarının inkişafı, o cümlədən zəlzələ təhlükəsizliyi, sənaye obyektlərinin dayanıqlılıq testləri və sınaq laboratoriyalarında innovativ metodlardan söz açıb.

Tərəflər piyada infastrukturunun təhlükəsizliyi üzrə EN 16165 “Piyada səthlərinin sürüşməyə davamlılığının təyini - Qiymətləndirmə üsulları”, TS 13882 “Piyada səthlərinin təsnifatı qaydaları – Ümumi tələblər və qiymətləndirmə üsulları”, EN 14231:2003 Təbii daşların sınaq üsulları – Riyazi rəqqas ilə sürüşmə müqavimətinin təyini”, EN 13036-4:2011 “Yol və aerodrom səthinin xüsussiyətləri – Sınaq üsulları – Hissə 4: Səthin sürüşmə müqavimətinin/sürüşkənliyin ölçülməsi üsulu – Riyazi rəqqas ilə sınaq üsulu” Avropa və Türk standartlarının tətbiqi istiqamətində müzakirələr aparıb.