![Volodimir Zelenskiyə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb](http://admin.naxcivanxeberleri.com/storage/uploads/images/blog/volodimir-zelenskiye-qarsi-sui-qesd-cehdinin-qarsisi-alinib-1715082012.jpg)
Volodimir Zelenskiyə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb
Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, V.Zelenskiyə sui-qəsd hazırlayan casus şəbəkəsi ifşa edilib.
Təfərrüatlar hələ ki açıqlanmayıb.
Məlumata görə, agentlər Ukrayna əks-kəşfiyyat və Dövlət Təhlükəsizlik Xidmətinin birgə fəaliyyəti nəticəsində ifşa edilib. Casusların fəaliyyətinə Rusiya Federal Təhlükəsizlik Xidmətinin nəzarət etdiyi bildirilib.
Mənsurə Hümbətova