Venesuela Türkiyə ilə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirir
Venesuela və Türkiyə qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığı inkişaf etdirir və 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsini 3 milyard dollara çatdırmağı planlaşdırır.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu Venesuelanın xarici əlaqələr üzrə üzrə xalq hakimiyyəti naziri Dri İvan Gil-Pinto Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə danışıqlardan sonra deyib.
“Bu gün biz ikitərəfli əməkdaşlığın gündəliyini tam nəzərdən keçirdik və Türkiyə prezidentləri Rəcəb Tayyib Ərdoğan və Venesuela rəhbəri Nikolas Maduro sayəsində son illərdə əldə olunan uğurları qeyd etdik”, - Gil-Pinto bildirib.
Nazir bildirib ki, iki ölkə prezidentlərinin tapşırığına əsasən, 2024-cü ildə ticarət dövriyyəsi 800 milyon dollardan 3 milyard dollara yüksəlməlidir.
O, Türkiyə ilə mədən sənayesi, turizm, hava nəqliyyatı sahələrində əməkdaşlığın inkişaf etdiyini qeyd edib və Venesuelanın Türkiyənin neft-kimya sənayesi üçün mühüm xammal tədarükçüsünə çevrildiyini vurğulayıb.
Dri İvan Gil-Pinto bildirib ki, birgə komissiyanın IV iclası may ayında Türkiyədə keçiriləcək, iclasda səhiyyə, ticarət, neft sənayesi və turizm sahələrində qarşılıqlı faydalı əlaqələrin daha da inkişaf etdirilməsi məsələlərinə baxılacaq.
Mənsurə Hümbətova