Türkiyədə 79 nəfərin şəhid olduğu terror aktlarının təşkilatçıları məhv edilib

Türkiyədə 79 nəfərin şəhid olduğu terror aktlarının təşkilatçıları məhv edilib

18 Sentyabr 2023

Türkiyə təhlükəsizlik orqanları və jandarması 79 nəfərin şəhid olduğu, 339 günahsız insanın yaralandığı terror aktlarının təlimatlarını verən iki terrorçunu məhv edib.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya deyib.

"Bu caniləri zərərsizləşdirən qəhrəmanlarımızı təbrik edirəm. Son terrorçu məhv edilənə qədər o xainləri doğulduqlarına peşman edəcəyik. Hər an ənsələrindəyik, hamısının nəfəsini kəsəcəyik", - deyə nazir vurğulayıb.