Tələbələrin istehsalat təcrübəsi başa çatıb

Tələbələrin istehsalat təcrübəsi başa çatıb

24 May 2024

Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisasında təhsil alan IV kurs tələbələrinin aprel ayının 8-dən başlayaraq Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində davam edən istehsalat təcrübəsi başa çatıb.
 
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, təcrübə müddətində tələbələr Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin struktur bölmələrində olmuş, bölmələrdə işin təşkili, plan və hesabatların tərtibi, Dövlət Arxivinin komplektləşdirilməsi, sənədlərin mühafizəsi,  istifadəsi və arxiv işinin digər sahələri ilə bağlı ətraflı məlumatlar verilmişdir. Tələbələrə arxiv sənədlərinin elektron daşıyıcılara köçürülməsi, elektron siyahıların yaradılması, sənədlərin mövcudluğu və fiziki vəziyyətinin yoxlanması, bərpası, cildlənməsi, təsviri və kataloqlaşdırılması, siyahıların təkmilləşdirilməsi,sənədlərin dəyərinin ekspertizasının keçirilməsi, arxivə daxil olan sorğuların növləri, onların icra qaydaları izah edilmişdir.