Tədris - köməkçi heyət vəzifələri üzrə işə qəbul müsabiqəsi elan olunur

Tədris - köməkçi heyət vəzifələri üzrə işə qəbul müsabiqəsi elan olunur

12 Fevral 2024

Təhsil müəssisələrində vakant olan katib- makinaçı və laborant vəzifələri üzrə 42 vakansiya üçün müsabiqə elan olunur.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant olan laborant və katib-makinaçı vəzifələri üzrə müsabiqə elan olunub.

Müsabiqəyə təhsil müəssisələrində vakant olan laborant vəzifəsi üzrə 38, katib-makinaçı vəzifəsi üzrə isə 4 olmaqla ümumilikdə 42 vəzifə çıxarılıb.

Qeyd olunan vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 12-26 fevral tarixləri arasında şəhər və rayon təhsil şöbələrinə müvafiq sənədlərini təqdim edə bilərlər.

Hər namizəd yalnız bir vakansiya üzrə müsabiqədə iştirak edə bilər.

Vakansiya haqqında ətraflı məlumat: https://bitly.ws/3cYsX

Mənsurə Hümbətova