Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçirilib -

Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçirilib - FOTO

24 Fevral 2024

Fevralın 24-də muxtar respublikanın ümumtəhsil məktəblilərinin şagirdləri Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin yarımfinal turunda iştirak edib.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, respublika Fənn Olimpiadalarının yarımfinal turu riyaziyyat, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix fənni daxil olmaqla 7 fənn üzrə keçirilib.

Yarımfinal turunda 338 şagird iştirak edib.
Respublika Fənn Olimpiadalarının təşkil edilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir.

Qeyd edək ki, RFO “Kapital Bank” ilə əməkdaşlıq əsasında həyata keçirilir.

Mənsurə Hümbətova