“Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinə başlanılır

“Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinə başlanılır

24 İyul 2024

Elm və Təhsil Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatları üçün “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi elan edilir.

Nazirlikdən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirilib ki, qrant müsabiqəsinin məqsədi dövlət qeydiyyatına alınmış və təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarını təhsildə könüllü fəaliyyətin təşkilinə cəlb etməkdir.

Müsabiqənin prioritet mövzuları “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində təhsilə ictimai dəstək, Qərbi Azərbaycana qayıdışla bağlı maarifləndirmə, türk dövlətlərinin təhsil ictimaiyyəti arasında inteqrasiyanın gücləndirilməsi, təhsil müəssisələrində yaşıl dünyanın təşviqi, uşaqların təhsil və təhlükəsizlik hüquqlarının təmin edilməsinə dəstək, peşə təhsilinin təşviqi, elm və təhsil islahatları ilə bağlı ictimaiyyətin maarifləndirilməsidir.

Qrant müsabiqəsində iştirak üçün sənədlərin qəbulu musabige@edu.gov.az elektron poçt ünvanı vasitəsilə aparılır.

Sənədləri avqustun 16-dək təqdim etmək olar.