Qırğızıstan Prezidenti ABŞ-dən ölkənin işlərinə qarışmamağı xahiş edib

Qırğızıstan Prezidenti ABŞ-dən ölkənin işlərinə qarışmamağı xahiş edib

12 Fevral 2024

Qırğız Respublikasının Prezidenti Sadır Japarov ABŞ və digər ölkələri ölkənin daxili işlərinə qarışmamağa, orada gedən prosesləri obyektiv qiymətləndirməyə çağırıb.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, o bu barədə ABŞ dövlət katibi Entoni Blinkenə cavab məktubunda bildirib.

“Mən həmçinin vurğulamaq istəyirəm ki, biz bərabərhüquqlu əməkdaşlığın tərəfdarıyıq və bütün ölkələr və beynəlxalq tərəfdaşlarla, o cümlədən ABŞ ilə birgə işləməyə hazırıq. Mənim yeganə xahişim ölkəmizin daxili işlərinə qarışmamaqdır”, – Qırğızıstan lideri qeyd edib.

Mənsurə Hümbətova