Qırğızıstan lideri Türk Mədəniyyəti və İrsi Fondunun prezidentini təltif edib
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Qırğızıstanın “Dank” ordeni ilə təltif edilib.
Fonddan NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Qırğızıstan Prezidenti Sadır Japarov bununla bağlı fərman imzalayıb.
Məlumata görə, A.Raimkulova türk xalqları arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsində mühüm töhfələrinə görə mükafatlandırılıb.
Qeyd edək ki, mükafatlandırma mərasimi Qırğızıstan Prezidentinin aprelin 18-19-da Qazaxıstana səfəri çərçivəsində Astanada baş tutub. Tədbirdə Qırğızıstanın dövlət katibi Suyunbek Kasmambetov “Dank” ordenini Aktotı Raimkulovaya təqdim edib.
Mənsurə Hümbətova