Şuşada “Sözün repressiyası” sənədli filmi nümayiş olunub

Şuşada “Sözün repressiyası” sənədli filmi nümayiş olunub

19 İyul 2024

Vaqif Poeziya Günləri çərçivəsində iyulun 19-da Şuşa Otel-Konqres Mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilən “Sözün repressiyası” sənədli filminin nümayişi olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, “Bulatfilm Production” şirkətinin istehsalı olan filmin rejissoru Rafiq Həşimov, ssenari müəllifi Səlim Babullaoğlu, operatoru Rüfət Süleymanovdur.

Filmdə repressiya qurbanlarına çevrilmiş 31 yazıçı, şair və digər ədiblərimiz xatırlanır, bəzilərinin faciəvi tarixçəsi danışılır. Eyni zamanda, filmdə Stalin repressiyalarının retrospektiv planda faciəvi və tarixi fəlsəfəsi araşdırılır.

Ekran əsərində Xalq yazıçısı Anar, tarixçi-cavidşünas Həmid Cəfərov, akademik Rafael Hüseynov, Siyasi Repressiya Qurbanları Muzeyinin rəisi Mirabbas Məmmədov, filoloq alimlərdən Firudin Qurbansoy və Bədirxan Əhmədovun Stalin repressiyalarının və kommunist siyasətinin mahiyyəti ilə bağlı fikirləri yer alıb.

Ekran əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.