Naxçıvanda bu muzeyə maddi-mədəniyyət nümunələri verilib -

Naxçıvanda bu muzeyə maddi-mədəniyyət nümunələri verilib - FOTO

29 Avqust 2024

Avqustun 29-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 6 ədəd maddi-mədəniyyət nümunəsi “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə təhvil verilib. 

Bunlardan 4 ədədi məzarüstü sənduqə, 2 ədədi isə dibək daşıdır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, həmin əşyalar 2021- ci ildə Naxçıvanqala yaxınlığında yerləşən Heydər Məscidi Kompleksinin inşası üçün aparılan qazıntı işləri zamanı tapılmışdır.

Həmin maddi-mədəniyyət nümunələri Naxçıvanqalanın tarixinin müəyyənləşdirilməsi və təbliği baxımından mühüm əhəmiyyətə malikdir.