Musiqi müəllimlərinin işə qəbulu ilə bağlı müsahibə mərhələsinə qeydiyyat başlayıb

Musiqi müəllimlərinin işə qəbulu ilə bağlı müsahibə mərhələsinə qeydiyyat başlayıb

12 İyul 2024

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə müəllimlərin işə qəbulu ilə bağlı müsabiqənin müsahibə mərhələsinə qeydiyyat başlayıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsini elan edir. 

Müsahibədə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş test imtahanında uğur qazanmış namizədlər və müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrində pedaqoji iş aparan və ən azı 3 (üç) il iş təcrübəsi olan mütəxəssislər iştirak edə bilərlər.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən şəxslər aşağıda qeyd olunan sənədləri 10 (on) iş günü ərzində (27 iyul 2024-cü il tarixədək) Nazirliyə təqdim edə bilərlər.

- Şəxsiyyəti təsdiq edən sənədin surəti

- Ali (və ya orta ixtisas) təhsilə dair dövlət nümunəli təhsil sənədinin (diplom) surəti

- Çalışdığı ali təhsil müəssisəsindəki iş stajını təsdiq edən sənədin surəti 

- 2 ədəd 3x4 fotoşəkil

Namizədlər işə qəbul qaydaları, müsahibə proqramları və vakant yerlər ilə Nazirliyin nculture.gov.az saytında işə qəbul bölməsinə daxil olaraq tanış ola bilərlər.

Keçid linki: https://nculture.gov.az/i-s-q-bul

Qeyd edək ki, namizədlərin müsahibə mərhələsində iştirak qrafiki qeydiyyat başa çatdıqdan sonra elan olunacaq.