Putin İbrahim Rəisinin həlak olması ilə bağlı başsağlığı verib

Putin İbrahim Rəisinin həlak olması ilə bağlı başsağlığı verib

20 May 2024

Rusiya Prezidenti Vladimir Putin İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə Prezident İbrahim Rəisinin həlak olması ilə bağlı başsağlığı verib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

“O, Rusiyanın əsl dostu kimi ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin inkişafına əvəzsiz töhfələr verib, onların strateji tərəfdaşlıq səviyyəsinə çatdırılması üçün böyük səylər göstərib”, - Rusiya dövlət başçısı vurğulayıb.