![Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb](http://admin.naxcivanxeberleri.com/storage/uploads/images/blog/putin-bam-in-gucu-12-ilde-3-defe-artib-1713897606.jpg)
Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb
Baykal-Amur Magistral xəttinin (BAM) ötürmə qabiliyyəti son 12 ildə 3 dəfə artıb və artmaqda davam edir.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin BAM-ın 50 illik yubileyi münasibətilə dövlət mükafatlarının təqdim edilməsi mərasimində deyib.
V.Putin qeyd edib ki, növbəti 10 ildə BAM və Trans-Sibir dəmir yolunu birləşdirən Şərq poliqonu ilə daşımaların həcmi ildə 270 milyon ton səviyyəsinə çatmalıdır:
“Bu il BAM və Trans-Sibir dəmir yolunun inkişafının növbəti - üçüncü mərhələsi başlayır”.
Mənsurə Hümbətova