Paşinyan sərhədlərin delimitasiyası prosesini İrəvanın təhlükəsizliyinin təminatı adlandırıb

Paşinyan sərhədlərin delimitasiyası prosesini İrəvanın təhlükəsizliyinin təminatı adlandırıb

22 May 2024

Azərbaycanla sərhədlərin delimitasiyası prosesi Ermənistan üçün təhlükəsizliyin təminatıdır.

"NAXÇIVANXƏBƏRLƏRİ" TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

“Sərhədlərin delimitasiyası təhlükəsizliyin təminatıdır. Bundan yaxşı zəmanət yoxdur. Bu, həm də müstəqilliyin və suverenliyin təminatıdır”, - o qeyd edib.

Paşinyan vurğulayıb ki, proses bütün sərhəd xətti boyunca davam etməlidir.