Paşinyan: Bir çoxları övladlarının hərbi xidmətdən yayınması üçün Ermənistandan gedib
Ermənistanın bir çox sakinləri övladlarının hərbi xidmətdən yayınmaları və səngərlərdə olmamaları üçün miqrasiya ediblər.
"NAXÇIVANXƏBƏRLƏRİ" “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan demoqrafik strategiyanın müzakirəsi zamanı deyib.
O qeyd edib ki, demoqrafik vəziyyət təhlil edilərkən bir sıra amillər nəzərə alınmır. Bu səbəbdən nə qədər insan ölkəni tərk edib.