Odessaya PUA hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiya ordusunun pilotsuz uçuş aparatları (PUA) ilə Ukraynanın Odessa şəhərinə hücumu nəticəsində ölənlərin sayı üçə çatıb.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə Odessa vilayət administrasiyasından bildirilib.
Qeyd olunub ki, xilasedicilər dağıntılar altından daha 1 meyit çıxarıblar.
Xilasetmə əməliyyatı hazırda davam etdirilir.
Mənsurə Hümbətova