
Növbəti tədris ilində bütün ölkə məktəblərində şagird davranış qaydalarının tətbiqi planlaşdırılır
Növbəti tədris ilində bütün ölkə məktəblərində şagird davranış qaydalarının tətbiqi planlaşdırılır.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, şagird davranış qaydaları 329 məktəbdə iki tədris ili pilot olaraq tətbiq edilir:
"Pilot müəssisələrdə monitorinqlər həyata keçirilib və müsbət geridönüşlər əldə edilib".