Sədərəkdə yerləşən çörək sexində nöqsanlar aşkarlanıb -

Sədərəkdə yerləşən çörək sexində nöqsanlar aşkarlanıb - FOTO

13 Mart 2025

Sədərək rayonu Sədərək kəndində yerləşən, Sadiqov Mehman Nurəddin oğluna məxsus çörək sexində Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı bir sıra nöqsanlar aşkarlanmışdır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, müəssisədə əsaslı təmir işlərinin aparılmadığı, dezinfeksiya işlərinin həyata keçirilmədiyi, işçilərin müvafiq tibbi yoxlamadan keçmədiyi, alət və avadanlıqların vaxtında təmizlənmədiyi müəyyən edilmişdir.

Faktla bağlı müvafiq tədbirlər görülmüş, nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti dayandırılmışdır.