Azərbaycanda “Avtovağzal və avtostansiya haqqında Əsasnamə” dəyişib

Azərbaycanda “Avtovağzal və avtostansiya haqqında Əsasnamə” dəyişib

13 Mart 2025

Nazirlər Kabineti 5 fevral 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Avtovağzal və avtostansiya haqqında Əsasnamə”də dəyişiklik edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, əhalisinin sayı 300 min nəfərə qədər olan yaşayış məntəqələrində bir, 300 min nəfərdən çox olan yaşayış məntəqələrində isə iki və ya daha çox avtovağzal (avtostansiya) təşkil oluna bilər.