Nikol Paşinyan: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər

Nikol Paşinyan: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər

20 Aprel 2024

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.

NAXCİVANXEBERLERİ.COM “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Rusiya bazaları müəyyən vəziyyətlə əlaqədar orada idi və artıq vəziyyət əhəmiyyətli dərəcədə dəyişdiyi üçün bu dəyişiklik bütü istiqamətlərdə öz təsirini göstərməlidir. "Bu o deməkdir ki, bizim cəbhə xəttimiz yox, sərhədimiz var. Sərhəd sülhün əlamətidir və bu o demək olacaq ki, Ermənistan və Azərbaycan sərhədçiləri bir-biri ilə əməkdaşlıq edərək sərhədi müstəqil şəkildə qoruya biləcəklər”.

Mənsurə Hümbətova