Nəqliyyat vasitələrinin istismarı hansı halda qadağan edilir?

Nəqliyyat vasitələrinin istismarı hansı halda qadağan edilir? - Hüquq məsləhəti

04 Fevral 2025

Sual: Nəqliyyat vasitələrinin istismarı hansı halda qadağan edilir?

Cavab: Tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri, şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edilir.

Cavablandırdı: Naxçıvan şəhər prokurorunun köməkçisi kiçik ədliyyə müşaviri Elməddin Bağırov