
Cinayət mühakimə icraatının vəzifələri nədən ibarətdir? - Hüquq məsləhəti
Sual: Cinayət mühakimə icraatının vəzifələri nədən ibarətdir?
Cavab: Cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir:
1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq;
2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq;
3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam
4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək;
5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək;
6. hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün fiziki şəxslər tərəfindən törədilən cinayətlərə görə hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlər tətbiq etməkdən ibarətdir.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov