NDU-nun müəllimi Türkiyənin Çankırı Karatekin Universitetində mühazirələr oxuyub -

NDU-nun müəllimi Türkiyənin Çankırı Karatekin Universitetində mühazirələr oxuyub - FOTO

15 May 2024

Naxçıvan Dövlət Universitetinin baş müəllimi Kamran Vəlizadə Erasmus proqramı çərçivəsində 06-10 may 2024-cü il tarixlərində Türkiyə Respublikasının Çankırı Karatekin Universitetində səfərdə olub. Səfər çərçivəsində  Multikulturalizm, Qloballaşma və dəyərlər  mövzusunda  mühazirələr oxuyub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Beynəlxalq münasibətlər ixtisasının müəllim  və tələbələrinin dinləyici olaraq iştirak etdiyi mühazirələr böyük maraqla qarşılanıb, dərslər müzakirə və suallarla davam etdirilib.

Sonda Kamran Vəlizadəyə universitet rəhbərliyi adından sertifikat təqdim edilib.