
Naxçıvanda vergi orqanlarına daxil olmuş müraciətlərin 94,1 %-i həll olunub
2025-ci ilin yanvar ayı ərzində Naxçıvanda vergi orqanlarına ümumilikdə 144 müraciət daxil olub. Daxil olmuş müraciətlərin 89,6 faizini ərizələr, 10,4 faizini şikayətlər təşkil edib. Müraciətlərin 70,8 faizinin baxılması yanvar ayı ərzində başa çatdırılıb, 29,2 faizi isə hazırda icradadır. Baxılmış müraciətlərdən 94,1 faizi həll olunub, 4,9 faizi barədə müvafiq izahat verilib, qalanları ilə bağlı qanunamüvafiq qərarlar qəbul edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ötən il Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 14 vətəndaşın qəbulu təşkil olunub. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həlli üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.