Naxçıvanda pərakəndə ticarət dövriyyəsi artıb

Naxçıvanda pərakəndə ticarət dövriyyəsi artıb

21 Oktyabr 2024

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında pərakəndə ticarət dövriyyəsinin dəyəri 908 milyon manat təşkil edib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Naxçıvan Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % çoxdur.

9 ay ərzində Naxçıvanın ticarət şəbəkəsində 466,7 milyon manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 441,3 milyon manatlıq qeyri-qida məhsulları satılıb.