Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 24 % artıb

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 24 % artıb

01 Dekabr 2024

Bu ilin yanvar-oktyabr aylarında əcnəbilər Azərbaycanda bank kartları vasitəsi ilə 2 milyard 239,7 milyon manatlıq əməliyyat aparıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın noyabr buraxılışında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur.

Təkcə oktyabrda isə xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların dəyəri 252,7 milyon manat təşkil edib. Bu da 1 il əvvələ nisbətən 24,1 % çoxdur.