Naxçıvanda istintaqa cəlb edilən aliment ödəməkdən yayınan şəxs həbs edildi

Naxçıvanda istintaqa cəlb edilən aliment ödəməkdən yayınan şəxs həbs edildi

24 Fevral 2025

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İstintaq bölməsi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunmuş alimenti qərəzli şəkildə ödəməyən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi açıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, həmin şəxs axtarışda olduğu müddətdə saxlanılaraq istintaqa cəlb edilib. İstintaq bölməsinin vəsatəti və prokurorun təqdimatı əsasında Naxçıvan Şəhər Məhkəməsi onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, aliment öhdəliyinin icrasından yayınma uşağın mənafelərinin pozulmasına səbəb olduğuna görə belə halların qarşısının alınması daim nəzarətdə saxlanılır və qanunamüvafiq tədbirlər görülür.