Naxçıvanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar 7,8 faiz artıb

Naxçıvanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar 7,8 faiz artıb

11 Mart 2025

2025-ci ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz artaraq 652,9 min manat olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, həmin dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 4,4 milyon manat təşkil edib və proqnoz 105,5 faiz icra edilib.