Naxçıvanda dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 48 % artıb

Naxçıvanda dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 48 % artıb

20 Sentyabr 2024

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 249 min manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə isə 48,2 % çoxdur.

Bunu "NAXÇIVANXƏBƏRLƏRİ" muxtar respublikanın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, 8 ay ərzində 94 yeni icarə müqaviləsi bağlanılıb. Bunun 57-i qeyri-yaşayış sahələrinə, 37 isə torpaq sahələrinə aid olub.