Külək turbinində cari texniki qulluq və sazlama işləri aparılıb

Külək turbinində cari texniki qulluq və sazlama işləri aparılıb - FOTO

20 Sentyabr 2024

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti tərəfindən Naxçıvan Dövlət Universitetinin Memarlıq və Mühəndislik fakültəsinin həyətində quraşdırılan külək turbinində cari texniki qulluq və sazlama işləri aparılıb. 

Qeyd edək ki, ərazidə quraşdırılan günəş panelləri və külək turbini Memarlıq və Mühəndislik fakültəsinin elektrik enerjisi ilə təminatının ödənilməsində böyük rol oynayır.