Naxçıvanda bu məktəblərin yubileylərinin keçirilməsi ilə bağlı əmr imzalanıb

Naxçıvanda bu məktəblərin yubileylərinin keçirilməsi ilə bağlı əmr imzalanıb

02 Aprel 2024

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Heydər Əliyev adına tam orta məktəbin 20, Şahbuz rayon Kükü kənd tam orta məktəbinin isə 100 illik yubileylərinin keçirilməsi ilə bağlı əmr imzalanıb.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, məktəblərin yubileylərinin qeyd olunması ilə bağlı Nazirlik tərəfindən təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq hər iki məktəbdə yubiley tədbirləri keçiriləcək, məktəblərin kitabxanalarında guşələr yaradılacaq, məktəb və məktəbin uğurlu məzunları haqqında televiziya verlişləri, məqalələr, videoçarxlar hazırlanacaq.

Hər iki məktəbin şagirdlərini, məzunlarını və pedaqoji kollektivini yubiley münasibətilə təbrik edirik!

Mənsurə Hümbətova