Naxçıvanda bu liseylərə ərizə qəbulu başlayır
Naxçıvan Qızlar Liseyinə və Şərur Şəhər Fizika - Riyaziyyat Təmayüllü Liseyə 20 may tarixindən etibarən ərizə qəbuluna başlanılır
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 20 may tarixindən etibarən 2024-2025-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara ərizə qəbulu başlayır.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında da 2024-2025-ci tədris ili üzrə liseylərə qəbul ölkə üzrə mərkəzləşmiş qaydada aparılacaq.
Naxçıvan Qızlar Liseyinə və Şərur Şəhər Fizika- Riyaziyyat Təmayüllü Liseyə sənəd verən şagirdlər yuxarıda göstərilən tarixdə ərizə qəbulunda iştirak edə bilərlər.
Ətraflı: https://rb.gy/xqnxrs