Naxçıvanda ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir

Naxçıvanda ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir - FOTO

09 İyun 2024

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) informatika və coğrafiya fənni üzrə ali təhsil müəssisələrinə test imtahanı keçirir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, imtahanlar saat 10:00-da başlayacaq. Saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Naxçıvan Muxtar Respublikasında keçirilən imtahanda, ümumilikdə 502 abituriyent iştirak edir. İmtahanın idarə olunmasına 6 rəhbər, 51 nəzarətçi ayrılıb. 

İmtahan saat 10:00-da başlanıb və 1 saat davam edəcək.