Naxçıvan Təhsil Nazirliyinin keçirdiyi müsabiqədə 14 namizəd vəzifəyə təyin olunub

Naxçıvan Təhsil Nazirliyinin keçirdiyi müsabiqədə 14 namizəd vəzifəyə təyin olunub

02 Aprel 2024

Direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələri üçün keçirilən müsabiqədə uğur qazanan 14 namizəd vəzifəyə təyin olunub.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, muxtar respublikada ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vakant olan təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə keçirilən müsabiqə yekunlaşıb.

Qeyd edək ki, müsabiqəyə 25 vakant vəzifə çıxarılmışdır. Müsabiqədə hər iki vəzifə üzrə uğur qazanan 14 namizəddən 8-i təlim-tərbiyə işləri üzrə direktor müavini, 6-sı isə sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə təyin olunub.

Vəzifəyə təyin olunanları təbrik edirik!

Mənsurə Hümbətova