Naxçıvan Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib -

Naxçıvan Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib - YENİLƏNİB

23 Fevral 2024

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Aparatına yeni rəhbəri təyin olunub.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidovun əmri ilə Vəli Adəm oğlu Səfərov Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Aparatının rəhbəri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Vəli Səfərov bu təyinatadək Naxçıvan Dövlət Filarmoniyasının direktor müavini vəzifəsində çalışırdı.

Mənsurə Hümbətova