
Naxçıvan karateçilərinə seminar keçilib, imtahan götürülüb - FOTO
12-13 aprel tarixlərində Azərbaycan Karate Federasiyasının (AKF) nümayəndələrinin iştirakı ilə Naxçıvan şəhərində texniki-taktiki seminar və kəmər imtahanı təşkil olunub. “Qapıcıq” və “Naxçıvan” karate klublarında reallaşan fəaliyyətlər karateçilərin nəzəri və praktiki keyfiyyətlərini yüksəltmək, eyni zamanda bacarıqlarını qiymətləndirmək məqsədinə xidmət edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, AKF Hüquq və İntizam Komitəsinin sədri Həmdiyyə Məmmədovla, Texniki və Məşqçilər Komitəsinin sədri Əhməd Əfəndinin olduğu imtahan komissiyası idmançıların kihon, kata və kumite qaydalarında çıxışlarını izləyib, müvafiq qeydlərini aparıblar. Qiymətləndirmənin nəticəsi bir həftə sonra açıqlanacaq.
Qeyd edək ki, karateçilərdən 14-ü ikinci dan, 4-ü birinci dan qara kəmər, digərləri isə müxtəlif kəmər dərəcələri üzrə imtahan veriblər.