Azərbaycanı Sloveniyada keçiriləcək beynəlxalq yarışda təmsil edəcək yelkənçilər müəyyənləşib

Azərbaycanı Sloveniyada keçiriləcək beynəlxalq yarışda təmsil edəcək yelkənçilər müəyyənləşib

13 Aprel 2025

Azərbaycanı Sloveniyanın İzola şəhərində keçiriləcək “Easter Regatta 2025” beynəlxalq yarışında təmsil edəcək yelkənçilər müəyyənləşib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Yelkən Federasiyasından məlumat verilib.

Turnirdə komandanın rəhbəri Burcu Algon Giorgianni və məşqçi Panagiotis Papadakisin rəhbərliyi altında Emel Məmmədli, Kamal Bəşirli, Furkan Mustafayev, Ameliya Əliyeva, Yağmur Həsənli və Amira Bayramova mübarizə aparacaq.

Qeyd edək ki, “Easter Regatta 2025” 16-20 apreldə keçiriləcək.