Naxçıvan Dövlət Universiteti tələbələri Xocalı həqiqətlərini dünyaya 7 dildə çatdırıb -

Naxçıvan Dövlət Universiteti tələbələri Xocalı həqiqətlərini dünyaya 7 dildə çatdırıb - FOTO

26 Fevral 2024

Naxçıvan Dövlət Universitetində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunan internet aksiyası keçirilib. Universitetin rektoru Elbrus İsayev çıxış edərək qeyd edib ki, Xocalı soyqırımı qurbanlarının intiqamını rəşadətli Azərbaycan ordusu döyüş meydanında aldı və müzəffər ali baş komandan İlham Əliyev Xocalı şəhərində Azərbaycanın üçrəngli şanlı bayrağını dalğalandırdı. Rektor internet aksiyasını soyqırımının tələbə- gənclər tərəfindən elektron informasiya mübadiləsi, virtual əməkdaşlıq yolu ilə dünyaya çatdırılmasını yüksək qiymətləndirib.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, daha sora çıxış edən universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Arzu Abdullayev gənc-tələbələrə Xocalı soyqırımının tarixi haqqında ətraflı məlumat verərək keçirilən aksiyanın məqsəd və vəzifələri barədə danışıb.

İnternet aksiyasına başlayan tələbələr ingilis, fransız, alman, rus, ərəb, fars, koreya dilində 100-dən çox xarici xəbər agentliyi və 20-dən çox  xarici ölkənin 100-ə yaxın elektron poçt ünvanına Xocalı haqqında poster və məlumatlar göndəriblər, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına öz dəstək nümayiş etdiriblər.

Mənsurə Hümbətova