Müəllimlərin işə qəbulu üzrə sənəd qəbuluna başlanılır

Müəllimlərin işə qəbulu üzrə sənəd qəbuluna başlanılır

14 May 2024

Mayın 15-i saat 11:00-dan dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılır.

Elm və Təhsil Nazirliyindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirilib ki, müsabiqə üzrə qeydiyyat mayın 22-si saat 11:00-dək davam edəcək.

Bu il ilk dəfə olaraq “ASAN Login” sistemi vasitəsilə qeydiyyat prosesi həyata keçiriləcək. Müsabiqədə iştirak üçün namizədlər “ASAN Login” əldə etdikdən sonra miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə biləcəklər.