Məktəbəqədər təhsil müəssisələrinə elektron sistem üzərindən uşaqların qəbuluna başlanılır

Məktəbəqədər təhsil müəssisələrinə elektron sistem üzərindən uşaqların qəbuluna başlanılır

29 Fevral 2024

Bu gündən Naxçıvan Muxtar Respublikasında məktəbəqədər təhsil müəssisələrinə elektron sistem üzərindən uşaqların qəbuluna başlanılır.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, valideynlər bq.edu.az saytına daxil olmaqla elektron sistemdə qeydiyyatdan keçir və uşağa elektron sistemdə şəxsi kabinet açılır. Valideyn şəxsi kabineti yaratdıqdan sonra elektron sistemə uşaqlar barədə məlumatları əlavə edir.

Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi 5 gün sonra həyata keçirilir.

Mənsurə Hümbətova