Mehriban Vəliyeva: "İşğaldan azad edilmiş ərazilərdə 6 məktəb fəaliyyət göstərir"

Mehriban Vəliyeva: "İşğaldan azad edilmiş ərazilərdə 6 məktəb fəaliyyət göstərir"

17 Noyabr 2023

"İşğaldan azad edilmiş torpaqlarımızda artıq 6 məktəb fəaliyyət göstərir".

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva “20 Noyabr - Ümumdünya Uşaq Hüquqları Günü”nə həsr edilmiş “Uşaq hüquqları tribunası” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, uşaqların mənəvi sosial inkişafı təhsildən asılıdır: "Təhsil uşaqları pis vərdişlərdən, yoxsulluqdan və bu kimi digər problemlərdən xilas edir".

M.Vəliyeva bildirib ki, artıq işğaldan azad edilmiş torpaqlarımızda 6 məktəb fəaliyyət göstərir: "Bu özü də artıq uşaqlarımızın hüquqlarının işğaldan azad edilmiş torpaqlarımızda qorunması deməkdir, bu, çox sevindirici və qürurverici haldır".