Magistraturaya qəbul üzrə musiqi sənətinin qabiliyyət imtahanı ilk dəfə canlı yayımlanacaq

Magistraturaya qəbul üzrə musiqi sənətinin qabiliyyət imtahanı ilk dəfə canlı yayımlanacaq

07 İyun 2024

Musiqi sənəti istiqaməti üzrə ali təhsil müəssisələrinin magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün iyunun 9-da keçiriləcək qabiliyyət imtahanları ilk dəfə canlı yayımlanacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, imtahanlar Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təşkil olunacaq.

Qabiliyyət imtahanları ilk dəfə olaraq DİM-in yutub kanalında canlı yayımlanacaq. Növbəti qabiliyyət imtahanlarında da canlı yayımların təşkil olunması nəzərdə tutulur.

İmtahanlarda iştirak etmək üçün 108 bakalavr qeydiyyatdan keçib. İmtahanlar saat 9:30-da başlanır növbəli şəkildə 18:00-dək davam edəcək.